Mayın 11-dən 13-dək eksternat imtahanları keçiriləcək
11.5.2016

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün mayın 11-dən 13-də eksternat qaydasında imtahanlar keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) bildiriblər ki, eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə olacaq. Eksternat qaydasında imtahan vermək üçün BŞTİ-yə 533 nəfər müraciət edib. İmtahanlar üç gün ərzində əsas fənlər üzrə keçiriləcək. Eksternlərin hər günə ən çoxu beş fənn üzrə imtahan verməsi nəzərdə tutulub, hər imtahan günü üçün iki saat vaxt təyin edilib. Eksternlər hər fənn üzrə on suala cavab verəcəklər.

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin və buraxılış vərəqəsinin gətirilməsi vacibdir.

azertag.az