Bu ölkəyə vizasız gedəcəyik
25.6.2012

Monteneqro hökumətinin 2012-ci ilin 21 iyun tarixində keçirilən növbəti iclasında “2012-ci ilin 15 iyul – 31 oktyabr tarixləri arasında Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi haqqında” qərar qəbul edilib.

Azərbaycanın Monteneqrodakı səfirliyindən verilən məlumata görə, qərara əsasən, etibarlı adi ümumvətəndaş pasportlarına malik Azərbaycan vətəndaşları bu tarixlər arasında vizasız 30 gün müddətində Monteneqro ərazisindən sərbəst giriş-çıxış, tranzit kimi istifadə edə və yaşaya bilərlər.

APA