Dünən Çinin dağlıq cənub-qərb ərazilərində 5.5 bal gücündə zəlzələ baş verib.
Siçuan və Yunnan vilayətləri arasında 9.3 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində azı 2 nəfər həlak olub, 100-dən çox adam yaralanıb.
Zəlzələdən 2 dəqiqə sonra ərazidə 3.3 bal gücündə təkanlar baş verib. Zəlzələ evləri dağıdıb, bir sıra yerlərdə kommunikasiyanın kəsilməsinə səbəb olub. Yaralanan 104 nəfərdən isə 20-nin vəziyyətinin ağır olduğu bildirilir.
ANN.Az