Bu gün Maykl Ceksonun ölüm günüdür
25.6.2012

Bu gün tanınmış pop ulduz Maykl Ceksonun ölüm günüdür.

Maykl Cekson 1958-ci il 29 avqustda İndiana ştatının Qari şəhərində anadan olub. Onun müvəffəqiyyətli karyerası və mübahisəli, anlaşılmaz şəxsi həyatı demək olar ki, 40 il pop mədəniyyətinin bir hissəsi olub.

Maykl Cozef Cekson dünyada həm Amerika popunun kralı, rəqqas həm də filantrop (xeyriyyəçi) kimi tanınıb. O 13 dəfə Ginnesin rekordlar kitabına düşüb. 13 “Qremmi” mükafatların sahibi olan Ceksonun albomları dünyada 750 nüsxədə satılıb. O, uşaq yaşlarından “Jackson 5″ qrupunun üzvü kimi tanınmış, sonradan solo artisti kimi şöhrət qazanıb.

2009-cu il 25 iyun tarixində 50 yaşında qəfil vəfat edib. İstintaq tibb testlərinin nəticəsinə əsaslanaraq Ceksonun güclü ağrıkəsici sayılan propofolu ölümcül dozada qəbul etməsindən vəfat etdiyini bildirib. Pop kralı Los-Ancelesin “Forest Lawn” xiyabanında dəfn edilib.

ANN.Az