Londonda fəaliyyət göstərən Azərbaycan evinin təşkilatçılığı ilə məşhur “Chelse Old Town Hall”da Amerika Muğam Cəmiyyətinin rəhbəri Jefferi Verbokun muğam konserti keçirilib.
Tədbirdə yerli və xarici sənət sevərlər, Britaniya və Azərbaycanın ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açan Azərbaycan evinin rəhbəri Əli Təkin Atalar muğam sənətinin tarixi haqqında məlumat verib. J.Verbok proqram çərçivəsində əfsanəvi muğam sənətinin gözəlliklərindən danışıb, bu musiqi janrının insana bəxş etdiyi xüsusi zövq və ilhamın əvəzsiz olduğunu bildirib. Dünya musiqi sənətində özünəməxsus yeri olan muğamın qərb ictimaiyyətində də böyük maraq göstərildiyini qeyd edib.
Daha sonra konsertdə muğam və digər milli musiqilərimiz ifa olunub.
azertag.az