“Dostluq körpüsü” adlı konsert proqramı təqdim olunub
12.5.2016

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında və Ə.Əmirov adına Mədəniyyət Sarayında Azərbaycan-Gürcüstan “Dostluq körpüsü” adlı konsert proqramı təqdim olunub. Hər iki tədbir H. Abbasov adına Mədəniyyət evinin dəstəyi ilə təşkil edilib.

Mədəniyyət evindən bildirilib ki, dost ölkəni paytaxtımızda “Lileo”, müasir və bal rəqsləri studiyası “Mozaika”, uşaq vokal studiyası “Bzikebis studiya”, gürcü xalq rəqslərinin uşaq xoreoqrafiya ansamblı “Liaxvi” kollektivləri, “Rtoni”, ”Mermisi”, “Lazieri”, “Binuli”, “Orioni” rəqs kollektivləri və ansamblları təmsil ediblər.

Tədbir zamanı “Azərbaycan qartalları”-“Rəngahəngi”, “Qazaxı”, “Lalələr” rəqs kollektivi-“Vağzalı”, “Yallı” və 4 nömrəli uşaq incənəsət məktəbinin “Leyla” rəqs kollektivinin “Qarabağ inciləri”, “Şən Azərbaycan” rəqs nömrələri, “Gülən notlar” pop uşaq qrupu, “İdeal” rəqs kollektivi, “AS” qrupunun çıxışları tamaşaçıların böyük marağına səbəb olub.

Azərbaycan-Gürcüstan “Dostluq körpüsü”ndə iştirak edən qardaş ölkələrinin bütün kollektivlərə diplom və hədiyyələr təqdim olunub.

azertag.az