İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağcabədi rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, layihələrdə iri fermer, intensiv bağçılıq, tərəvəzçilik və cins heyvandarlıq təsərrüfatlarının, ixtisaslaşdırılmış "yaşıl market"in və meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması nəzərdə tutulur.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
azertag.az