Şarm Əl-Şeyx-Bakı birbaşa aviareysi açılacaq
12.5.2016

Misirin turizm şirkətlərinin nümayəndələri Azərbaycana gəlirlər.

Şarm Əl-Şeyx-Bakı birbaşa aviareysi barədə qərar mayın 19-dək qəbul ediləcək.

Bu sözləri Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil Nuh müsahibəsində deyib.

Onun sözlərinə görə, mayın 15-də Misir Ərəb Respublikasının turizm sahəsi üzrə rəsmi qurumlarının və turizm şirkətlərinin nümayəndələri Bakıya işgüzar səfərə gələcək.

4 gün davam edəcək səfər çərçivəsində hər iki ölkənin turizminin inkişafına dair görüşlər keçiriləcək və Şarm Əl-Şeyx şəhərinə birbaşa aviareysin açılması barədə rəsmən elan olunacaq.

oxu.az