Azərbaycanlı qrossmeyster Niderlandda keçirilmiş şahmat turnirinin birincisi olmuşdur
27.6.2012

İyunun 22-dən 24-dək Niderlandın Hilversun şəhərində keçirilmiş HSG 2012 açıq şahmat turnirinin A kateqoriyasında çıxış edən Fransada yaşayan həmyerlimiz qrossmeyster Namiq Quliyev (FİDE üzrə reytinqi 2522) altı oyundan beş xal toplayaraq turnirin birinci mükafatına layiq görülmüşdür.
Azərbaycanın Fransadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, ölkəmizi təmsil edən N.Qilyev turnirdə FİDE-nin 2630-luq reytinqinə uyğun çıxışı ilə yadda qalmışdır.


AzərTAc