“Dejavü” yenidən səhnəyə qayıdır
13.5.2016

Mayın 14-də Azərbaycan Dövlət Pantomima Teatrı “Dejavü” adlı tamaşasını teatrsevərlərə təqdim edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın müəllifləri gənc aktyorlar Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir. Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər.

İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Elman Rəfiyevdir.

Tamaşada kişi və qadın münasibətlərindən bəhs edilir.

azertag.az