Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyetro Maskaninin “Kənd namusu” operası nümayiş olunacaq.
Mayın 18-də nümayiş etdiriləcək tamaşanı almaniyalı dirijor Qut İmmlinq idarə edəcək. Səhnə əsərinin bədii rəhbəri isə Korneliya fon Kerssenbrokdur.
Operada əsas partiyalardan biri olan Santutsa rolunu Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, beynəlxalq müsabiqələr laureatı Natalya Pavlenkonun oynayacaq.
Tamaşada, həmçinin teatrımızın aparıcı solistləri - Xalq Artisti Samir Cəfərov (Turiddu), Əməkdar artistlər Səbinə Vahabzadə (Lüçiya), Anton Ferştandt (Alfio) və gənc solist Çinarə Şirin (Lola) iştirak edəcəklər.
Səhnə əsərinin xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.
Gərgin dramatik süjet xətti üzərində qurulan və klassik opera sənətinin populyar nümunələrindən sayılan bu tamaşa ilk dəfə 1890-cı il mayın 17-də Romanın “Konstans” teatrında səhnəyə qoyulub.
azertag.az