“Facebook” mühüm yenilik tətbiq etməyə hazırlaşır.
Sosial şəbəkədən bildiriblər ki, istifadəçilərə öz 360 dərəcəlik fotolarını yükləmək imkanı yaradılacaq.
Funksiya həm sferik (şar formalı) kamera, həm də smartfonlarla çəkilən panoram fotoları dəstəkləyəcək. 360 dərəcəlik kameralar bahalıdır, lakin panoram fotonu əksər smartfonlar vasitəsilə çəkmək mümkündür.
360 dərəcəlik fotolar “Facebook”un virtual reallıq dəbilqəsi olan “Oculus Rift”ın bazarda yer tutmasına da kömək edəcək. Daha əvvəl bu məqsədlə “Facebook Surround 360” sferik kamerası yaradılmışdı.
Xatırladaq ki, “YouTube”da 360 dərəcəlik birbaşa yayım artıq mümkündür.
lent.az