İstanbula 3 günlük səyahət şansı
13.5.2016

Mayın 22-də İstiqlal Tədris və Yaradıcılıq Mərkəzi və Türkiyə Respublikası Kadir Has Universitetinin birgə təşkilatçılığı ilə sınaq imtahanı keçiriləcək.

Mərkəzdən bildirib ki, 8, 9 və 10-cu sinif şagirdləri üçün nəzərdə tutulan imtahanda iştirak ödənişsizdir. İmtahanlarda iştirak edənləri və yüksək nəticə göstərənləri xüsusi mükafatlar gözləyir. Belə ki, bütün ixtisas qrupları üzrə I yerin qalibi Türkiyə Respublikası Kadir Has Universitetinin təşkilatçılığı ilə İstanbula 3 günlük səyahət etmək şansı qazanacaq. İmtahanlarda iştirak edən hər kəs İstiqlal Tədris və Yaradıcılıq Mərkəzinin ödənişsiz yay dərslərində iştirak edə biləcək. Yüksək nəticə göstərənlər, həmçinin mərkəzdə xüsusi güzəştlərlə hazırlaşmaq imkanı əldə edəcəklər.

Ətraflı məlumat əldə etmək üçün əlaqə telefonları:

Mərkəzin 20 Yanvar metrosu yaxınlığındakı ofisi: 012 409 11 16, 055 737 72 77

Mərkəzin Əhmədli metrosu yaxınlığındakı ofisi: 012 480 05 03, 055 480 05 03

azertag.az