Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xalq Yazıçısı Çingiz Abdullayevlə tələbələrin görüşü olub.
ADNSU-nun mətbuat xidmətindən bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı dünya şöhrətli yazıçı Çingiz Abdullayevin yaradıcılığından danışıb, əsərlərinin müxtəlif dillərə tərcümə olunduğunu, oxucular tərəfindən çox böyük maraqla qarşılandığını vurğulayıb.
Müasir dünyada təhsilin mühüm rolundan bəhs edən Ç.Abdullayev ölkəmizdə bu sahəyə xüsusi önəm verildiyini bildirib. Tələbələri təhsildə yüksək nailiyyətlər qazanmağa çağıran yazıçı onlara tövsiyələrini verib. Xalq Yazıçısı mütaliə vərdişlərinin inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə Ç.Abdullayevin əsərləri barədə ətraflı söhbət açılıb.
Sonda yazıçı sualları cavablandırıb.
azertag.az