“Google” şirkəti smartfonun köməyi olmadan, tamamilə sərbəst işləyə biləcək virtual reallıq dəbilqəsini tərtib etməyə hazırlaşır.
“Android VR” adlanacaq cihaz gələn həftə təqdim ediləcək.
Tanınmış “Engadget” və “Gizmodo” texnoloji bloqlarının qurucusu Piter Poxaz hesab edir ki, “Google” şirkətinin virtual reallıq dəbilqəsi çətin ki, analoji “Oculus Rift” və ya “HTC Vive” cihazlarından güclü olsun. Ancaq onun əsas üstünlüyü ondadır ki, bu cihaz sərbəst işləyəcək və məlumatları smartfondan əldə etməyəcək, necə ki, bunu “Samsung” şirkətinin “Gear VR” virtual reallıq dəbilqəsi edir.
Qeyd edək ki, “Google” şirkəti artıq buna oxşar tərtibatlar edib. Belə ki, hər bir istifadəçinin düzəldə biləcəyi “Cardboard” dəbilqəsi olduqca böyük populyarlığa malikdir. Bunun üçün iki ədəd linza götürüb və kartondan dəbilqənin oxşarı kəsmək lazımdır.
lent.az