Bakı Uşaq Teatrının kollektivi “Canlı abidələr” adlı yeni layihə çərçivəsində hər ayın bir günü, xüsusilə əlamətdar günlərdə milli geyimlərimizdə paytaxtın müxtəlif yerlərini, tarixi və mədəni abidələri ziyarət etməyi qərara alıb.
Teatrdan bildirilib ki, layihənin məqsədi mədəni irsimizin bir parçası olan milli geyimlərimizi təbliğ etmək və yaşatmaqdır. Çünki milli geyimlərimiz tarixi abidələrimiz qədər əhəmiyyətlidir. Bu geyimlər gənc nəslin zövqünün formalaşmasında, dünyagörüşünün inkişafında böyük rola malikdir.
Layihə çərçivəsində ikinci tədbir mayın 16-da Xaçmazda keçiriləcək.
azertag.az