"Azərbaycan Beynəlxalq Bankı" "ElKart"dan istifadə tariflərini aşağı salıb.
Bankdan bildiriblər ki, bu kartla verilən kreditlərin faiz dərəcəsi 36 faizdən 22 faizədək azaldılıb. Nağdlaşdırma üzrə komisyon haqqı 3 faizdən 1 faizə enib. Bundan başqa, kreditlərin rəsmiləşdirilməsi üzrə xidmət haqqı əvvəllər kredit məbləğinin 2 faizini təşkil edirdisə, indi bu məbləğ cəmi 20 manatdır. "ElKart"la açılan kredit xəttinin müddəti 2 il, kartın özünün istifadə müddəti isə 6 ildir. Bu kartla 500 manatdan 5 min manatadək kredit əldə etmək olar.
"ElKart"la "Azərbaycan Beynəlxalq Bankı"nın tərəfdaşları olan yüzlərlə ticarət və xidmət mərkəzlərində ödənişlər aparmaq, müxtəlif güzəştlər qazanmaq, vaxtaşırı keçirilən kampaniyalardan faydalanmaq mümkündür.
azertag.az