Bakıda sahibsiz heyvanlar mövzusuna həsr olunmuş xeyriyyə aksiyası keçiriləcək.
Aİ-nin Bakı ofisindən verilən məlumata görə, "Mən danışa bilmirəm. Sən mənim səsimsən" adlı xeyriyyə sərgisi mayın 19-da Alman-Azərbaycan Mədəniyyət Birliyi "Kapelhaus"da keçiriləcək. Sərgidə Azərbaycan rəssamları sahibsiz heyvanların həyatı barədə olan işlərini təqdim edəcək.
Mayın 20-də isə məşhur ifaçilar Nərmin Kərimbəyova, İlqar Əliyev və Aleksandra Vıdriyanın iştirakı ilə caz konserti keçiriləcək.
Qeyd edək ki, xeyriyyə tədbirləri "Arts Council Azərbaycan", Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Alman-Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus” ilə birgə və TISA Beynəlxalq Məktəbi, "Baku Street Dog Rescue" (BSDR) təşkilatının dəstəyi ilə təşkil olunur.
report.az