Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Rafiq Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbi xalq artisti, görkəmli cazmen Rafiq Babayevin 80 illik yubileyinə həsr olunmuş konsert təqdim edib.
İdarədən verilən məlumata görə, konsert Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan musiqi zalında keçirilib.
Məktəbin müəllim və şagirdləri konsertdə O.Kazimi, R.Babayev, Q.Qarayev, V.Allahverdiyev, P.Axundova, F.Ris, G.Miller, A.Məlikov kimi bir çox dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin proqramla çıxış ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, xalq artisti, bəstəkar Arif Məlikov, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimli, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, musiqişünas Zemfira Qafarova, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və başqaları konsertdə iştirak ediblər.
Sonda Rafiq Babayevin ailəsi adından həyat yoldaşı Fəridə Babayeva tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.
trend.az