“Muğam axşamı” adlı konsert keçirilib
16.5.2016

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamı” adlı konsert keçirilib.

Xanəndələri “Buta” instrumental ansamblı müşayiət edib. Ansamblın üzvləri Ceyhun Muradov (kamança), Nadir Talıbov (balaban), Rəşad Nəsrullayev (klaviş), Kamran Novruzov (bas tar), Əməkdar Artist Təranə Əliyeva (qanun), Soltan Əliyev (bəm nağara), Ruslan Əliyev (ud), Amil Mustafayev (nağara) və Aslan Bayramovdur (qoşa nağara). Konsertin musiqi rəhbəri tarzən Rövşən Qurbanov olub.

Əməkdar Artist Babək Niftəliyev, Nigar Şabanova, Mirələm Mirələmov muğam və bəstəkar mahnılarını səsləndiriblər.

azertag.az