İlham Əliyev Vyanada Avropa İttifaqının ali nümayəndəsi ilə görüşüb
17.5.2016

Prezident İlham Əliyevin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyətindən məmnunluq ifadə olundu. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyi qeyd edildi və səfərin yaxşı nəticələrinin olduğu bildirildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparıldı. Qarşılıqlı anlaşma və etimad tədbirləri nəticəsində atəşkəs rejiminə riayət olunmasının vacibliyi vurğulandı, bu ilin aprelin əvvəlində qoşunların təmas xəttində baş vermiş hadisələr müzakirə edildi.

president.az