“Bakcell” şirkətinin əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Texniki universitetlərinin tələbələrinə bu il öz 20 illiyini qeyd edən şirkətin nailiyyətləri, tələbə və məzunlar üçün təşkil olunan “Smart Start” təcrübə proqramı və “AppLab” innovativ mobil developer layihəsi barədə məlumat veriblər.
Şirkətdən bildirilib ki, “Smart Start” təcrübə proqramı şirkətin müxtəlif şöbələrində peşəkar əməkdaşlarla birgə işləyərək, telekommunikasiya sahəsi üzrə dəyərli iş təcrübəsi toplamaq üçün əla bir fürsətdir. “Smart Start” proqramında təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində “Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar. Bununla yanaşı, “Smart Start” proqramının bütün məzunları “Bakcell” şirkətində açılan iş yerlərinə potensial namizəd hesab olunurlar.
azertag.az