Gəncə Dövlət Universitetində təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə əmək-məzun yarmarkası keçirilib.
Şəhər icra hakimiyyəti və məşğulluq mərkəzi ilə birgə keçirilən yarmarka tələbə və məzunların əmək bazarı, öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə etmələri, habelə işəgötürənlərlə ilkin əlaqələrinin qurulması məqsədi daşıyıb.
Əmək-məzun yarmarkasında 83 təşkilat və müəssisənin nümayəndələri iştirak edib. Gəncə Məşğulluq Mərkəzi tərəfindən 330, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən, Goranboy və Kəlbəcər rayonları üzrə isə 300 iş yeri təklif olunub. Ümumilikdə yarmarkaya çıxarılan 600-dən çox iş yerinə məzunlar tərəfindən 800-dək CV təqdim edilib.
azertag.az