17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
17.5.2016

17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür.

Mayın 17-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “ADA” Universiteti ilə birgə bununla bağlı tədbir keçirib.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxışında bu günün əhəmiyyəti, İKT-nin cəmiyyətdə rolu, iqtisadi və sosial inkişafa təsiri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, hazırda əhalinin 75 faizi genişzolaqlı internetdən istifadə edir.

Bu günün qeyd olunmasında məqsəd informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdən ibarətdir.

azertag.az