Qazaxlı fermerlər digər təsərrüfat sahələri kimi, bostançılığa da böyük maraq göstərirlər. Artıq hazır vəziyyətə gətirilən sahələrdə qarpız və yemiş toxumları əkilir.
Fermer Eldar Qocayev bildirib ki, isti sevən bitkilər hazırda rayonun Çaylı və Xanlıqlar kəndində əkilir. Sakinlər artıq onlara hansı formada qulluq göstərilməsini də bilirlər. Əsas məqsəd isə kimyəvi maddə vurmadan təmiz məhsul götürməkdir.
Təsərrüfat sahibləri yerli qarpız və yemiş toxumlarının istehsal edilməsinə böyük ehtiyac olduğunu bildirirlər. Bostandan qarpız və yemişlərin yığımına isə iyul-avqust ayında başlanılacaq.
azertag.az