Xocahəsən avtomobil yolunda aparılan cari təmir işləri ilə əlaqədar (asfalt-beton örtüyünün dağılmış hissələrinin təmiri) bu gündən etibarən bir-neçə gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməkləri tövsiyyə olunur.
azertag.az