Futbol üzrə 14-cü Avropa çempionatında ilk finalçı məlum olub. Donetskdə keçirilmiş ilk yarımfinalda İspaniya və Portuqaliya yığmaları qarşılaşıblar.
Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. 11 metrlik cərimə zərbələrini ispanlar daha dəqiq vurublar - 4:2.
İspanlardan Xavi Alonso, portuqallardan Joau Moutinyo, Bruno Alveş topu qapıdan keçirə bilməyiblər. Əksinə, İnyesta, Pike, Serxio Ramos, Fabreqas (İspaniya) və Pepe, Nani (Portuqaliya) dəqiq olublar.
İspaniya yığması finalda bu gün Varşavada keçiriləcək Almaniya-İtaliya oyununun qalibi ilə görüşəcək.
APA