Alim Qasımov Fransada konsert verəcək
28.6.2012

Azərbaycanın tanınmış muğam ifaçısı Alim Qasımov qızı Fərqanə ilə birgə Fransada konsert verəcək.

Konsert iyulun 12-də Fransanın Eks-an əyalətinin Qran-Sən-Jan teatrında “Ağaxan” fondunun dəstəyi ilə baş tutacaq.

Alim Qasımov və qızı Fərqanə Qasımovanı kamançada Rauf İslamov, tarda Zakir Vəliyev müşayiət edəcək.

90 dəqiqə sürəcək konsertdə Azərbaycan muğamı ilə yanaşı, instrumental musiqi və aşıq sənəti nümunələri, 16-cı əsr sufi şairi Füzulinin qəzəlləri ifa olunacaq. Qasımovlar özünəməxsus yenilikçi elementlər edəcək, vokal duetləri ilə çıxış edəcəklər.

APA