"Suyun qiymətinin artırılması kənd təsərrüfatı məhsulları istehsalçılarına o qədər də təsir etməyəcək".
Bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Kənd Təsərrüfatı Nazirliyi də çalışır ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları vaxtlı-vaxtında su ilə təmin olunsunlar. Bir sıra subyektiv və obyektiv səbəblərdən suyun qiymətinin artırılması kənd təsərrüfatı məhsulları istehsalçılarına o qədər də təsir etməyəcək. Lakin suvarma prosesində texniki vəziyyəti yüksəltmək bizim əsas məqsədimizdir. Verilən sudan səmərəli istifadəsini təmin etmək, itkiyə yol verməmək lazımdır", - deyə nazir müavini qeyd edib.
apa.az