Şəki Teatrı Bartin Teatr Festivalında iştirak edəcək
18.5.2016

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Türkiyənin Bartin şəhərində keçiriləcək 23-cü Uluslararası Bartin Teatr Festivalında iştirak edəcək.
Bu barədə Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli məlumat verib.

Baş rejissorun sözlərinə görə, mayın 13-dən 15-dək Bartin şəhərində qastrol səfərində olan Şəki Teatrına 2017-ci ildə keçiriləcək Bartin Teatr Festivalında iştirak dəvəti gəlib.

Teatrın kollektivi festival üçün xüsusi tamaşa hazırlayacaq.

report.az