“Uğurlu Gələcək” İctimai Birliyi “Yaşıl Azərbaycan naminə təbiətimizi qoruyaq!” layihəsinin icrasına başlayıb.
Birlikdən bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi gəncləri ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlandırmaqdır.
Yüzlərlə gənci əhatə edən layihə çərçivəsində may-iyul ayları ərzində Gəncə, Şamaxı və Masallıda maarifləndirici məruzələrin keçirilməsi nəzərdə tutulub. Seminarlar ekologiya sahəsində peşəkar mütəxəssislərlər tərəfindən keçiriləcək.
Qeyd olunub ki, birliyin məqsədi bu işə könüllü qoşulan hər bir gəncin əli ilə digər insanlara da səslərini yetirmək, həyat üçün ekologiyanın qorunmasının vacibliyini çatdırmaqdır.
Ekologiya yer üzərində həyatın davamı və inkişafı üçün vacib olan bir istiqamətdir. Ekoloji biliklər yaş və peşədən asılı olmayaraq hamıya lazımdır.
azertag.az