“Rossotrudniçestvo” agentliyinin nümayəndələri BDU-da
19.5.2016

“Rossotrudniçestvo” agentliyi rəhbərinin müavini Dmitriy Qujelya, agentliyin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Bakı Dövlət Universitetində (BDU) olublar.

BDU-dan bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov qonaqlara universitetin tarixi, beynəlxalq əlaqələri, Rusiya ali təhsil müəssisələri ilə münasibətləri, BDU-da fəaliyyət göstərən Rus Mərkəzi, o cümlədən rus dilinin tədrisi haqqında danışıb.

D.Qujelya, V.Denisov universitetdə rus dilinin tədrisindən, Rus Mərkəzinin fəaliyyəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə edib, bu istiqamətdə əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarının bildiriblər.

Sonra nümayəndə heyəti BDU-nun maddi-texniki bazası, laboratoriyaları ilə tanış olub. Fizika fakültəsinin dekanı, nanotexnologiya laboratoriyasının müdiri, professor Məhəmmədəli Ramazanov qonaqlara Rusiya fizikləri ilə əməkdaşlıq, o cümlədən Dubnadaki Nüvə Tədqiqatları Birləşmiş İnstitutu ilə əlaqələrindən bəhs edib.

azertag.az