Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbə gənclər təşkilatının təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, “Jalal-1” Tədris Mərkəzinin təşkilati dəstəyi ilə “Gənc ekoloqlar” olimpiadası keçirilib.
Olimpiada hər ali təhsil müəssisəsindən beş tələbədən ibarət komanda olmaqla Azərbaycanın doqquz ali məktəbi arasında təşkil edilib.
Olimpiadada Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin komandası qalib adına layiq görülüb.
BDU-dan bildiriblər ki, qalib komandanın üzvlərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təcrübə proqramı, tədris mərkəzi tərəfindən isə ödənişsiz ingilis dili və kompyuter kursları hədiyyə olunub.
Qaliblərə diplomlar verilib.
azertag.az