Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AYB-nin və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri media mükafatları laureatı, şair Etibar Vəliyevin “Mənim duyğum” kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Yazıçılar Birliyindən bildirilib ki, “Azərbaycan” jurnalının “Poeziya” şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə müəllifin yaradıcılığı haqqında məlumat verib, müxtəlif illərdə qələmə aldığı əsərlərindən söz açıb.
Tədbir iştirakçıları şairin yaradıcılıq yolu və fəaliyyəti haqqında fikirlərini bölüşüblər, ona uğurlar arzulayıblar.
Sonda Etibar Vəliyev kitablarını öz imzası ilə oxuculara təqdim edib.
azertag.az