Astanada türkdilli dövlətlərin “Böyük Səhra” adlı Forumu keçiriləcək
19.5.2016

Beynəlxalq Türk Akademiyası Qazaxıstanın Astana şəhərində mayın 23-24-də “Böyük Səhra” adlı forum keçirəcək.

İlk dəfə keçiriləcək bu forumda türkdilli dövlətlərdən, eləcə də dünyanın bir çox ölkələrindən rəsmi şəxslər, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, 20 ölkədən ekspertlər, alimlər iştirak edəcəklər.

Forumda “Böyük Səhra”nın mədəniyyəti, həmin sivilizasiyada insanın formalaşması kimi mövzular müzakirə olunacaq. Həmçinin humanitar elmlərin fundamental əsaslarla öyrənilməsi üçün ideyalar və nəticələr ətrafında fikir mübadiləsi aparılacaq. Tarix, arxeologiya, etnoqrafiya, folklor, ədəbiyyat və incəsənət, dil və terminologiya elmlərinə və sahələrinə dair məşhur alimlərin mülahizələri dinləniləcək.

azertag.az