Akademik Milli Dram Teatrında N.V.Qoqolun "Müfəttiş" komediyasının son məşqləri gedir.
Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov deyib ki, tamaşanın premyerası iyun ayında olacaq.
Tamaşa xalq artisti Rəfael Dadaşovun 70 illik yubileyinə həsr edilib.
Qeyd edək ki, Azərbaycan səhnəsində müxtəlif illərdə tamaşaya qoyulan əsərə, Akademik Milli Dram Teatrının səhnəsində sonuncu dəfə görkəmli teatr rejissoru Mehdi Məmmədov quruluş verib.
1952-ci ildə oynanılan tamaşa N.V.Qoqolun vəfatının 100 illiyinə həsr edilib və əsəri Azərbaycan dilinə Sabit Rəhman tərcümə edib.
report.az