iOS platfotmasında "9.3.2" versiyalı yenilənmə ilə Azərbaycanlı istifadəçilərin saat problemi də öz həllini tapıb.
iPhone istifadəçiləri bu yenilənmədən sonra artıq mobil cihazlarının tarixini avtomatik rejimlə tənzimləyə bilərlər.
Xatırladaq ki, ölkəmizdə bu il yay vaxtına keçiddən imtina edilməsindən sonra elektronik cihazlarda yaranmış bu problem bəzi platformalarda hələ də həllini tapmayıb. Ancaq bundan sonra iOS ilə işləyən cihazlarda saat qurşağı avtomatik rejimdə yerli vaxtla üst-üstə düşəcək.
day.az