Mayın 20-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Şəbnur Pənahlının “Dünəndən bu günə” layihəsi əsasında eyniadlı sərgi açılacaq.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Sərgiyə yaşından asılı olmayaraq 200-dək fırça ustasının sənət əsərləri təqdim olunacaq. 250-dək sənət əsərinin nümayiş olunacağı sərgi 2 gün davam edəcək. Bu əsərlər əsasən təbiət mənzərələri, vətənpərvərlik, xeyirxahlıq və tematik mövzuları əhatə edəcək. Həmçinin, emosional hissələrin rənglərlə ifadəsi də əsərlərin əsas mövzularındandır.
azertag.az