“NO Club” üzvlərinin növbəti görüşü
19.5.2016

Bakıda dünya şöhrətli şotland viski brendi sayılan “Grant’s”ın dəstəyi ilə azərbaycanlı yazıçı Natella Osmanlının təsis etdiyi “NO Club” klubu üzvlərinin növbəti görüşü təşkil olunub.

Qapalı formatda keçirilən tədbir kino sahəsi ilə bilavasitə əlaqəsi olan insanları bir araya gətirib. Tədbirin əsas məqsədi təcrübə mübadiləsi, həmçinin kino sahəsinin mövcud problem və tendensiyalarını müzakirə etməkdən ibarətdir. Gənc rejissor Emil Quliyev çəkdiyi ilk tammetrajlı “Pərdə” filmi, həmçinin Azərbaycan kinematoqrafiyasının mövcud problemləri və potensialı haqqında danışıb.

Qeyd edək ki, film düşünməyə əsas verən bir sualla bitir: “Əgər siz həyatda heç kimə və heç nəyə minnətdar olmadan çox şeyə nail olmusunuzsa, doğrudanmı siz çox şeyə nail olmusunuz?”.

azertag.az