Dövlət “Yuğ” Teatrı yeni tamaşasının premyerasına hazırlaşır
19.5.2016

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət “Yuğ” Teatrı İngiltərənin “ALOFF” Teatrı ilə birgə yeni tamaşa hazırlayır.

Dünya şöhrətli norveçli yazıçı-dramaturq Henrik İbsenin pyesi əsasında hazırlanan “Oyuncaq evi” tamaşası yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Metyu Zak Paneş, quruluşçu rəssamı Olqa Yaroş, quruluşçu prodüseri Sənan Əliyevdir.

Səhnə əsərində teatrın aktyorları Natəvan Qeybani, Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov və Könül Cəfərzadə çıxış edəcəklər.

Tamaşanın premyerası mayın 20-də YARAT Müasir İncəsənət Mərkəzində baş tutacaq.

azertag.az