Cari ildən etibarən İsmayıllı rayonunda kartof əkini və becərilməsində sənaye üsulundan istifadə olunur.
Bu mövsüm bölgədə indiyədək 914 hektarda kartof əkilib. Bu da ötən ildəki göstəricidən 129 hektar çoxdur. Əkin sahələrinin 165 hektarında bütün işlər müasir texnologiya əsasında aparılıb. Rayonun Talıstan, Cülyan və Kürdmaşı kəndlərinin ərazilərində iki ayrı şirkət tərəfindən aparılan əkində artıq əl əməyinə ehtiyac qalmayıb. Sahələrinin becərilməsi də mexanikləşdirilib. Suvarma çiləmə üsulu ilə həyata keçirilir.
Qeyd edək ki, hər iki şirkət əkində Hollandiya və Almaniyadan gətirilən yüksək reproduksiyalı toxumluq kartoflardan istifadə edib.
Hazırda sahələrdən bol məhsul gözlənilir. Kartof yığımı da texniki vasitələrlə həyata keçiriləcək.
azertag.az