2016-cı ilin yanvar-aprel aylarında Azərbaycana 1742 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 min 148 ədəd azdır. Belə ki, ötən ilin yanvar-aprel aylarında bu göstərici 12 min 890 ədəd təşkil edib.
Avtomobil idxalının 1509 ədədi və ya 86,63 faizi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Hesabat dövründə ölkəyə 152 yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə azdır.
azertag.az