“Peterburqun Bakı görüşləri” layihəsi çərçivəsində görüş
20.5.2016

Mayın 19-da “Peterburqun Bakı görüşləri” layihəsi çərçivəsində Sankt-Peterburq Administrasiyası Xarici Əlaqələr Komitəsinin sədr müavini Sergey Markov Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində olub.

İdarədən bildirilib ki, şəhər mədəniyyət və turizm idarəsinin rəisi Vüqar Zeynalov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib.

Sankt-Peterburq Administrasiyası Xarici Əlaqələr Komitəsinin sədr müavini Sergey Markov layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsindən danışıb. O, əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi məqsədi ilə Sankt-Peterburqda Bakı günlərinin keçirilməsini təklif edib.

Görüşdə əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

azertag.az