Beynəlxalq Muzeylər Günü münasibəti ilə “Dünyanın musiqi inciləri” adlı konsert keçirilib
20.5.2016

Mayın 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Dünyanın musiqi inciləri” adlı konsert keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, konsertdə Bakı Musiqi Akademiyasının professorları Ülviyyə Hacıbəyova və Kəmalə Nemanovanın tələbələri - beynəlxalq müsabiqə laureatları Rəna Novruzbəyli, Aida Ramazanovanın və Arzu Hüseynova, Günel Abdullayevanın ifalarında A.K.Debüssinin, V.A.Motsartın, Q.V.Sviridovun, F.Şopenin, İ.A.Albenizin əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim olunub.

azertag.az