Azərbaycan-Rusiya təhsil əlaqələrinin perspektivləri müzakirə olunub
20.5.2016

Mayın 19-da təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin (“Rossotrudniçestvo”), eləcə də Təhsil və Elm Nazirliyinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiya arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, Azərbaycan tələbələrinin Rusiya Federasiyasında təhsili və ölkəmizdə rus dilinin tədrisi məsələləri müzakirə olunub.

Eyni zamanda, qonaqlar 160 nömrəli Klassik Gimnaziya, Bakı Dövlət Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olub, Azərbaycanda rus dilinin tədrisi, rus dilində təhsil üçün yaradılmış imkanlarla tanış olublar.

azertag.az