Amerikalı kinorejissor Ceyms Kameron "Avatar" filminin davamını çəkir. 3D formatda olacaq davam 3 filmdən ibarətdir.
"Avatar" filmində baş rollardan birini oynamış aktrisa Siqurni Uiverin dediyinə görə, filmlərin üçü də eyni vaxtda çəkiləcək.
Filmlərin çəkilişlərinə payızda başlanacaq və Uiver lentlərin üçündə də oynayacaq.
"Avatar"ın davamının ilk lenti 2015-ci ildə ekranlara çıxacaq.
Milli.Az