İranda beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək
20.5.2016

İranda XXIII beynəlxalq kənd təsərrüfatı və avadanlıqları sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verilir ki, paytaxt Tehran şəhərində təşkil olunacaq sərgi mayın 30-dan iyunun 2-dək davam edəcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidirlər.
Sərgi haqqında ətraflı məlumat əldə etmək istəyənlər İranın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

report.az