Ayda torpağın sotu neçəyədir?
28.6.2012

Ayda torpaq almaq istəyənlər onun sotuna cəmi 2,5 dollar ödəməklə istəklərinə nail ola bilərlər. Bunu Ay, Mars, Venera və Merkuridə ərazi satmaqla məşğul olan «Ay səfirliyi» təşkilatı açıqlayıb.

«Hazırda Ayın görünən tərəfindən standart torpaq sahələri satılır», - deyə qurumun açıqlamasında bildirilir.

Ayda ərazi alan şəxsə Ay Konstitusiyası da təqdim olunur. Konstitusiyada Ayda qüvvədə olan qanunlar, digər mülkiyyətçilərlə münasibətlərin qaydaları əksini tapıb. Torpaq sahəsinə ərazinin ona məxsus olduğunu təsdiqləyən sənəd, Ayın səthinin xəritəsi də təqdim olunur.

big.az