“Google” şirkəti “Flypaper” (uçan kağız) deyilən yeni ixtirası üçün patent alıb. Xarici KİV-ə istinadən verilən xəbərə görə, bu yenilik sürücü olmadan idarə edilən avtomobillər üçün düşünülüb.
“Google”un əldə etdiyi patent üzrə şirkət avtomobillərin ön hissəsinə bərkidilmək üçün xüsusi təbəqə hazırlayacaq. Avtomobil piyadanı vurduqda, xüsusi yapışqanın köməyi ilə o, maşının ön hissəsinə yapışıb qalacaq: “Bu, qeyri-adi bir iddia kimi səslənsə də, reallıqdır. “Flypaper” orta təsirli toqquşma üçün nəzərdə tutulub və toqquşma zamanı sərnişin daha maşına dəyərək yerə çırpılmayacaq”. Ekspertlərin fikrincə, bu, piyadaların aldığı xəsarətlərin dərəcəsini xeyli azaldacaq.
report.az