Qoç – Gücünüz azdır, özünüzü xəstələnməkdən gözləyin. Ünsiyyətlərinizi çoxaldın. İşlərinizdə müvəffəqiyyət qazanmağınız üçün şanslarınız çoxdur. Maliyyə durumunuzun problemlərini uğurla həll edəcəksiz.
Buğa – Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Biznes planlarını həyata keçirmək sizin üçün problem yarada bilər. Sevgi münasibətlərində yaxın adamların yardımı ilə yaxşılığa doğru irəliləyiş var.
Əkizlər – Səhhətinizə qarşı diqqətli olmalısınız. Özünüzü zəif hiss edəcəksiniz. Yaxın əhatəniz problemlərinizi həll etməkdə yardımçı olacaq. Maddi durumunuzu yüksəltmək üçün çalışmalarınızda əməli nəticələri artıra bilərsiniz, inamla çalışın.
Xərçəng – Əsəbi ovqat həll oluna biləcək maliyyə məsələlərini çətinə sala bilər. Özünüzü güclü hiss edəcəksiz. Sevgi münasibətlərində qarışılıqlı rəğbət üstünlük təşkil edəcək. Romantik əhval-ruhiyyəniz yüksək olacaq.
Şir – Şəxsi münasibətlərinizdəki uğursuzluq sizi ruhdan salmamalıdır. Maddi problemlərinizin həlli yaxın adamlarla ünsiyyətlərin səmimiliyindən çox asılıdır. Hələ də sevgi məsələlərini həll edib qurtara bilmirsiniz.
Qız – Diplomatik imkanlarınızdan istifadə etməklə məsələləri yoluna qoymağa cəhd edin. Maliyyə problemlərini həll etməkdən ötrü yaxşı vaxt deyil. Səhhətinizdən şikayətiniz olmalyacaq.
Tərəzi – Səhhətinizə qarşı diqqətli olun. Gücünüz çox deyil. Ondan səmərəli istifadə etməklə bir sıra problemlərinizi həll edə bilərsiniz. Maliyyə problemlərini sizin üçün çətin həll olunanlardan deyildır.
Əqrəb – Biznes işləriniz alınmır. Çəkdiyiniz zəhmətin səmərəli bəhrəsini görmək şanslarınız azdır. Səhhətinizdən şikayətiniz olmayacaq. Pis xatirələri yaddan çıxarın.
Oxatan – Yaxın adamların yardımı ilə imkanlarınızı böyütmək şanslarınız yaranacaq. Gücünüzü boş yerə israf etməyin, onu ən vacib və xeyirli məsələlərin həllinə yönəldin. Səhhətinizə qarşı diqqətli olmalısınız.
Oğlaq – Gücünüz çoxdur, işləriniz yavaş-yavaş alınmaqdadır. Çəkdiyiniz zəhmətlər gözlədiyiniz əməli nəticəni vermir. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq imkanlarınızdan istifadə edə bilmirsiz. Ünsiyyətlərinizdə qayğıkeş olun ki, istədiyinizi alasınız.
Dolça – Əhval-ruhiyyənizdə sıxıntı, səhhətinizdə zəiflik olacaq. Özünüzü zəif hiss edəcəksiniz. Əsas fəaliyyətinizdə zəkanızın və istedadınızın səmərəsindən istifadə etməlisiniz. Maddi durumunuzu yüksəltmək şanslarınızı gerçəkləşdirin.
Balıqlar – Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Maddi işləriniz istədiyiniz qədər yaxşı alınmır. Ünsiyyətlərinizdə qarşılıqlı anlaşma yaranıb. Qənaətlə dolansanız, qazancınız işlərinizi sahmana salmaq üçün yetərlidir.